“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
Görüş oktyabrın 10-da paytaxtdakı 214 nömrəli tam orta məktəbdə baş tutacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı yazıçı, tərcüməçi, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu olacaq.
Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin üzərinə düşən vəzifələr, mütaliənin üstünlükləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.
Görüşü, həmçinin “İki sahil” internet televiziyası da işıqlandıracaq.