Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı və Bakı Dövlət Universitetinin (BDU) ev sahibliyi ilə nüfuzlu “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyi və Azərbaycanın ali təhsil müəssisələrinin rəhbərləri arasında görüş keçirilib.

 

Görüşdə BDU-nun rektoru Elçin Babayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, 10 ali təhsil müəssisəsinin rəhbəri, bir sıra ali məktəblərin prorektorları və “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyinin nümayəndələri iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən BDU rektoru E.Babayev və Agentliyin direktoru Ü.Səttarova tədbir iştirakçılarını salamlayaraq QS reytinq nəticələrinin Azərbaycanın ali təhsil müəssisələri üçün əhəmiyyətini vurğulayıblar. 

 

Görüşdə “QS QUACQUARELLI SYMONDS” Reytinq Agentliyinin nümayəndələri tərəfindən QS reytinq nəticələri əsasında müxtəlif kateqoriyalar üzrə Azərbaycan ATM-lərinin mövcud vəziyyətinə dair müqayisəli təhlil aparılıb. Daha sonra isə Agentliyin nümayəndələri ali təhsil müəsissələrinin rəhbərlərini maraqlandıran sualları cavablandırıblar.