Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb. Belə ki, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 10 oktyabr saat 23:59-da başa çatacaq.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.
Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.