Livanın Şimali Akkar Quberniyasında fəaliyyət göstərən Kavaşra orta liseyinin nümayəndə heyəti ölkəmizə səfər edib. 

 

Səfər çərçivəsində elm və təhsil nazirinin müavini Həsən Həsənli Kavaşra orta liseyinin nümayəndələri ilə görüşüb. Görüş zamanı adıçəkilən müəssisədə “Azərbaycan otağı”nın açılması yüksək qiymətləndirilib.

 

Qonaqlar həmçinin Bakı Avropa liseyini ziyarət edib və müəssisədə yaradılan şərait, habelə tədris prosesi ilə tanış olublar. 

 

Daha sonra STEAM İnnovasiya Mərkəzini ziyarət edən nümayəndə heyətinə müəssisənin fəaliyyəti barədə məlumat verilib.