8 – 14 sentyabr tarixlərində Gürcüstanın Kutaisi şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası keçirilib. Ümumilikdə 24 Avropa ölkəsindən 96 məktəblinin təmsil olunduğu olimpiadaya 4 azərbaycanlı şagird qatılıb.
Bakı şəhəri akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Raul Cəfərli və Elvin İmanlı bürünc medala, Sumqayıt şəhəri 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Nəsir Bəşirov həvəsləndirici mükafata layiq görülüblər.
Qeyd edək ki, 7-ci dəfə təşkil edilən olimpiadada şagirdlərimiz 2017-ci ildən iştirak edirlər. Bu müddət ərzində məktəblilərimiz 3 gümüş və 6 bürünc medal qazanıblar.