20 sentyabr saat 19:00-da Beynəlxalq Bakalavriat Təşkilatının baş direktoru Pekka Heinonen “Yeni çağırışlar” müzakirə proqramında qonaq olacaq. Pekka Heinonen ilə təhsildə liderlik barəsində danışılacaq.

 

Pekka Heinonen Finlandiyanın elm və təhsil naziri, Finlandiya Milli Təhsil Agentliyinin baş direktoru vəzifələrində çalışıb. 

 

Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.