Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 15580 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 395 nəfər (o cümlədən 207 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 12464 nəfər qəbul olub.

 

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 97.26% dolub. Cəmi 351 yer (2.74%) boş qalıb.

 

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

 

 Qəbul 
 planı


 

              Qəbul olunub

 Qəbulolma faizi 


 

 Vakant yerlərin 
 sayı (faizi)

 Azərbaycan 
 bölməsi

 Rus
 bölməsi 

 Bölmələr
 üzrə cəmi

 Xüsusi qabiliyyət imtahanı tələb 
 etməyən ixtisaslar

 12073

 11318

 609

 11927

 98.78

 147 (1.22)

 Xüsusi qabiliyyət imtahanı tələb
 edən ixtisaslar

 741

 520

 17

 537

 72.47

 204 (27.53)

 Cəmi

 12814

 11838

 626

 12464

 97.26

 351 (2.74)


Sentyabrın 12-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı  “Abituriyent” jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında elektron formada (pdf) təqdim olunacaq.

 

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) 14 sentyabr saat 11:00-dan 20 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 14 sentyabr saat 11:00-dan 25 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.