Sentyabrın 8-də elm və təhsil nazirinin müavini Həsən Həsənli İslam İnkişaf Bankı Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) nümayəndə heyəti ilə görüşüb.

 

Görüş zamanı Korporasiyanın fəaliyyəti və sığorta alətləri barədə məlumat verilib. Görüşdə Elm və Təhsil Nazirliyi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində mümkün əməkdaşlıq istiqamətləri də müzakirə olunub.