2023/2024-cü tədris ili üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) 2344 tələbə qəbul olub. Qəbul olanların 48,6%-i, başqa sözlə 1141 nəfəri dövlət sifarişli, 51,4%-i, yəni, 1203 nəfəri ödənişli əsaslarla təhsil alacaq.
Universitetdən bildirilib ki, ötən tədris ili ilə müqayisədə bu il qəbul olanların sayı 169 nəfər daha çoxdur. Belə ki, ötən tədris ilində AzMİU-ya 2175 tələbə qəbul olub.
İxtisaslar üzrə ən yüksək göstəricilərə gəlincə isə, 2023/2024-cü tədris ilində qəbul planı üzrə universitetin memarlıq, dizayn, iqtisadiyyat, biznesin idarəedilməsi, menecment və marketinq ixtisaslarına qəbul 100% yerinə yetirilib.