Bakı Mühəndislik Universitetinin (BMU) daha bir qrup məzunu magistratura səviyyəsi üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı seçilib.
Belə ki, mühəndislik fakültəsinin “Mexanika mühəndisliyi” ixtisasının 2023-cü tədris ili üzrə məzunları - Əlizamin Babayev və Bikə Məmmədzadə təhsillərini Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində “Mechanical engineering modelling” ixtisası, Əbülfət Əsədov Böyük Britaniyanın Leeds Universitetində “Mexatronika/Robotika” ixtisası, Əlinur Əhmədli Çex Texniki Universitetində “Kibernetika və robototexnika” ixtisası, Murad Mustafazadə isə Nyu-York Universitetinin “Mexatronika/Robotika” ixtisası üzrə davam etdirəcək.
Qeyd edək ki, Ə.Babayev bakalavriat səviyyəsini ortalama müvəffəqiyyət göstəricisi 80.25, Ə.Əsədov 88, B.Məmmədzadə 81.03, Ə.Əhmədli 78.05, M.Mustafazadə isə 90.67 balla tamamlayıb.