“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində təşkil edilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Laçın rayonu olub. 

 

Yay məktəbinin Laçın rayonunda keçirilən ikinci günündə 34 şagird iştirak edib. 

 

Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları, kodlaşdırma, robototexnika, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub. 

 

Qeyd edək ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir göstərmək və Heydər Əliyev irsini təbliğ etməkdir. Təhsil avtobusu bu il Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı marşrutu üzrə hərəkət edəcək. Layihəyə 300-dən çox şagirdin cəlbi nəzərdə tutulub.