Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Eskişehir Texniki Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.

 

Universitetdən bildirilib ki, protokolu BDU-nun rektoru  Elçin Babayev və Türkiyənin Eskişehir Texniki Universitetinin rektoru Adnan Özcan imzalayıb.

 

Protokol çərçivəsində təhsilalanların, o cümlədən tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

 

Qeyd edək ki, əsası 2018-ci ildə qoyulmuş Eskişehir Texniki  Universiteti Türkiyənin nüfuzlu universitetlərindən biridir. Eskişehir Texniki  Universitetində beş fakültə, iki məktəb, dörd araşdırma mərkəzi fəaliyyət göstərir.