UNEC SABAH mərkəzinin 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub.
Məzunlardan 14 nəfəri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, 2 nəfər isə İtaliyanın nüfuzlu universitetlərində magistratura təhsili alacaq.
Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib.