Türkiyənin Ege Universitetinin rektoru professor Necdet Budak ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsillərinin son illərini Ege Universitetində alacaq Azərbaycan Dövlət Aqrar Universitetinin "Aqronomluq", "Bitki mühafizəsi" və "İqtisadiyyat" ixtisaslarından 40 nəfər tələbəni qəbul edib.

 

Söhbət əsnasında rektor N.Budak ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanova zəng edərək canlı bağlantıda qardaş Azərbaycandan gələn tələbələrin yüksək səviyyədə təhsil almaları üçün universitetdə bütün imkanların yaradıldığını, həmçinin, onların öz ixtisasları üzrə mükəmməl təhsil alaraq vətənlərinə qayıdacaqlarına əminliyini ifadə edib.



Görüşün sonunda ADAU tələbələrinə Ege Universitetinin tələbə biletləri və hədiyyələr təqdim olunub.