Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (İDP) 118 nəfər tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik “Yay məktəbi”ndə iştirak edəcək.
Ümumilikdə 3 qrup olmaqla, 27 və 30 iyul tarixlərində mərhələli şəkildə yola düşən tələbələrə BMU-nun mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyev, riyaziyyat kafedrasının müdiri professor Rakib Əfəndiyev, kafedranın doktorantı Davud Orucov rəhbərlik edir.
Koreyanın İnçon şəhərində 31 iyul - 18 avqust tarixlərini əhatə edəcək “Yay məktəbi”nin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas komponentlərindən biridir.