Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rəqəmsal universitet modelinin daha bir seqmenti kimi təkmil sertifikatlı gücləndirilmiş elektron imza tokeninin istifadəsinə başlayıb. 

 

Ali məktəbdən bildirilib ki,  elektron sənəd dövriyyəsi olan DocNet-də avqustun 1-dən başlayaraq  bütün çıxış sənədləri elektron imza ilə imzalanacaq. Bununla da UNEC istənilən təşkilatla kağızsız sənəd dövriyyəsini tətbiq edə biləcək.