Təxminən 30 il əvvəl Antarktida buzlaqlarından qopmuş dünyanın ən böyük aysberqi (A23a) son vaxtlar axınla aktiv şəkildə hərəkət etməyə başlayıb və hazırda ayda təxminən 150 kilometr sürətlə hərəkət edir.
Rusiya KİV-i xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb. Hazırda aysberq Antarktida sahilləri boyunca Veddell dənizində hərəkət edir.
A23 aysberqinin sahəsi təxminən 4170 kvadratkilometrdir.
Alimlər qeyd edirlər ki, bu aysberqin gələcəyi bir sıra amillərdən, o cümlədən axınların təsiri, sualtı relyef çıxıntıları və meteoroloji vəziyyətdən asılıdır. Lakin onun ömrünə az qalıb. Aysberq əriyəcək və suya qarışacaq.
Azərtac