Bakı Ali Neft Məktəbinin (BANM) 9 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.


Həmin gənclərdən 3-ü “Kimya mühəndisliyi”, 4-ü “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, 2-si isə “İnformasiya təhlükəsizliyi” ixtisasının builki məzunudur.

 

Dövlət Proqramının qalibi olan BANM məzunları və qəbul olduqları ali təhsil müəssisələri belədir:
 

1. Natiq Babayev - Ulm Universiteti (Almaniya), Kimya mühəndisliyi

2. Cavid İsayev - Gent Universiteti (Belçika), Ətraf mühit elmləri texnologiyası

3. Fərid Qəhrəmanov - Gent Universiteti (Belçika), Ətraf mühit elmləri texnologiyası

4. Kənan Bəgəliyev - Mançester Universiteti (Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı), Qabaqcıl kompüter elmləri
 

5. Fidan Mahmudova - Minnesota Universiteti (ABŞ), Robotexnika


6. İlqar Məmmədov - Kolumbiya Universiteti (ABŞ), Kompüter mühəndisliyi


7. Fuad Məmmədzadə - Lund Universiteti (İsveç), Elektronika mühəndisliyi

8. Şəms Gözəlova - Amsterdam Universiteti (Niderland), Təhlükəsizlik və şəbəkə mühəndisliyi
 

9. Tapdıq Məhərrəmli - ETH Sürix (İsveçrə), Kibertəhlükəsizlik

 

Qeyd edək ki, bu barədə BANM-ın rektoru Elmar Qasımov özünün facebook  səhifəsində məlumat verib.