2022-2023-cü tədris ilində Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) siyasi idarəetmə fakültəsi üzrə 176 bakalavr, 28 magistr, inzibati idarəetmə fakültəsi üzrə 217 bakalavr, 68 magistr məzun olub. Ümumilikdə 393 bakalavr, 96 magistr məzun olub. Bu barədə DİA-nın Dövlət Akademik Filarmoniyasında keçirilən “Məzun Günü”ndə bildirilib.

 

Qeyd olunub ki, DİA bu gün müstəqil Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsi, milli dövlətçilik ideologiyasının təbliği sahəsində uğurlu fəaliyyət göstərən ali təhsil müəssisələri sırasında mühüm yer tutur. Gənclərin inkişafı üçün yaradılan şərait onların cəmiyyətin bütün sahələrində təmsil olunmalarına imkan verir.