Bakı Mühəndislik Universitetinin (BMU) 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi üzrə tələbə qəbulu planında yer alan yeni istiqamətlərdən biri də “Nəqliyyat tikintisi mühəndisliyi” ixtisası və bu sahəyə aid olan “Körpülər və nəqliyyat qurğularının tikintisi” ixtisaslaşmasıdır.
Nəqliyyat tikintisi mühəndisliyi bütün növ nəqliyyat vasitələri üçün (quru, hava, su) piyada yolları, keçidləri, həmçinin logistik məqsədlər üçün nəqliyyat xidmətləri ilə əlaqədar layihələrin hazırlanması, həyata keçirilməsi və yenidən qurulması sahəsi üzrə bilik və bacarıqlar verən mühəndislik sahəsidir. Körpü və nəqliyyat qurğularının tikintisi üzrə magistr proqramının əsasını nəqliyyat qurğularının avtomatlaşdırılmış layihələndirilməsi, körpü konstruksiyalarının layihələndirilməsi, nəqliyyat yolları və qurğularının müayinəsi, eləcə də qiymətləndirilməsi kimi fənlər təşkil edir.
Nəqliyyat müasir dövrdə ayrıca mühəndislik sanayesi halına gəlməkdədir. Bu səbəblə nəqliyyat sektorunda müşahidə olunan irəliləyişlər əmək bazarında nəqliyyat mühəndislərinə olan təlabatı daha da artırmaqdadır və bu artımın onümüzdəki illərdə də davam etməsi gözlənilir. Lakin nəqliyyat tikintisi mühəndislərindən ən son texnoloji inkişafları və qanunvericilik tənzimləmə bazasının dayişikliklərini nəzərə alaraq, daima öz bacarıqlarını inkişaf etdirmələri tələb olunur. Bütün bunları nəzərə alaraq, ixtisaslaşmanı öz bilik va bacarıqlarını dövrün tələblərinə uyğunlaşdırmağı bacaran kadrlar üçün perspektivli sahələrdən biri hesab etmək olar. BMU-da bu sahə üzrə müvafiq mühəndis hazırlığı universitetin memarlıq və inşaat fakultəsi tərəfindən həyata keçiriləcək.