Bu konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

 

Konfransın istiqamətləri:

  • Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, biotexnologiya, neft-kimya, enerji resursları, tibb, ətraf mühit, yer haqqında elmlər, coğrafiya və s.);
  • İKT və mühəndislik (elektrik, qazma, elektronika, robototexnika, avtomatlaşdırma və inşaat mühəndisliyi, maşınqayırma, süni intellekt və data elmi, kibertəhlükəsizlik və digər kompüter elmləri və s.);
  • Sosial-humanitar elmlər (təhsil, sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, metodika, iqtisadiyyat, turizm və s.).

Konfransın önəmli tarixləri:

 

Tam mətn məruzələrin göndərilməsi üçün son tarix: 01.08.2023

Qəbul olunmuş məruzələrin elanı üçün son tarix: 16.10.2023

Konfrans proqramının elan olunması: 26.10.2023

Konfransın tarixləri: 10-11.11.2023

 

Kimlər iştirak edə bilər?

 

Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.

 

Konfransa tezis ilə müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: https://forms.gle/iE59NJa1akd4aDYa7

 

Konfransa təqdim olunacaq bütün tezislər əsasnamədə (Əsasnamə) qeyd olunan müvafiq yazı qayda və standartlarına uyğun olmalıdır. Əks halda təqdim olunmuş tezislər konfransın təşkilat komitəsi tərəfindən imtina cavabı alacaqdır.

 

Konfransda məruzə etməyən şəxslərə sertifikat verilməyəcək və onların tezisi çap olunmayacaqdır.

 

Həmçinin, keçiddən istifadə edərək tezis nümunəsinə baxa bilərsiniz: Tezis nümunəsi

 

Qeyd: Müraciət etmək üçün “Gmail” hesabınızın olması mütləqdir!

 

Konfransla əlaqədar hər hansı sual, təklif, problemlərlə bağlı nasco25@arti.edu.az elektron poçt ünvanına yaza bilərsiniz.