Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz milli kimliyimizdir" adlı ədəbi-bədii tədbir keçirilib.

 

Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Azərbaycan Dövlət Akademik Mili Dram Teatrının aktyorları Füzuli Hüseynov, Vəfa Zeynalova, müəllimlər, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

 

Öncə qonaqlar şagirdlərin əl işlərindən, xalça nümunələri, tarixi abidələr və STEAM layihəsi çərçivəsində hazırladıqları yaradıcılıq işlərindən ibarət milli-mənəvi dəyərlərimizi özündə əks etdirən sərgiyə baxış keçiriblər.

 

BŞTİ-nin “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində keçirilən tədbirdə şagirdlər Azərbaycana məxsus milli geyimləri nümayiş etdiriblər. Azərbaycan xalçalarının sərgiləndiyi guşədə onların tarixi haqqında qonaqlara ətraflı məlumat verilib.

 

Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda, dahi şəxsiyyət Heydər Əliyevdən bəhs edən müxtəlif şeirlər səsləndirib, mahnılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Mənəvi dəyərlərimizin əks olunduğu "Dədə Qorqud", "Tütək səsi" , "Nəsimi", "Babək" filmləri əsasında tamaşa göstəriblər.