Türkiyə Respublikasının Ankara şəhərinin ümumi təhsil müəssisələrinin şagird və müəllimləri, həmçinin Milli Təhsil Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.


 
İyunun 8-də nümayəndə heyəti Şuşa şəhərinə səfər edib. Səfər çərçivəsində Şuşa şəhərinin tarixi-memarlıq abidələri, o cümlədən Bülbülün ev muzeyi, Yuxarı Gövhər ağa məscidi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa qalası və Cıdır düzü ziyarət edilib.


 
Qonaqlara türk dünyasının mədəniyyəti paytaxtı elan edilmiş Şuşa şəhərində aparılan quruculuq işləri, o cümlədən təhsil müəssisələrinin tikintisi haqqında ətraflı məlumat verilib.