Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin 3-cü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti Sloveniya Respublikasında təlim səfərində olublar. 

 

Təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək verməküçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına əsasən, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, işəgötürənlərlə əməkdaşlıq, modul strukturlu səriştə əsaslı kurikulumların hazırlanması, iş yerində öyrənmə və digər istiqamətlərdə beynəlxalq təcrübələrin öyrənilməsi olub.

 

Səfər zamanı iştirakçılar Sloveniyanın Peşə Təhsili və Təlimi İnstitutu, bir sıra peşə təhsili müəssisələrində olub, işəgötürənlərlə görüşlərdə iştirak ediblər.

 

Peşə təhsili müəssiələrinə səfər zamanı iştirakçılar təhsil müəssisələrinin maddi- texniki bazası, tədris otaqları və emalatxanaları, nəzəri-praktiki təlim prosesinin birgə təşkili sistemi, təhsil proqramları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.