İyunun 3-də Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin final mərhələsi keçirilib. Final mərhələsi Bakı, Gəncə, Şəki, Sumqayıt, Şirvan və Naxçıvan şəhərlərində, ümumilikdə 5 mərkəzdə təşkil edilib.
Şagirdlər iyunun 7-dən etibarən https://portal.edu.az/ üzərindən “Müsabiqə və olimpiadalar” bölməsindən nəticələrini əldə edə bilərlər.
Qeyd edək ki, Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrində isə 42 nəfər qalib hesab olunur.