Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş fləş-mob keçirilib.
AzMİU-dan bildirilib ki, fləş-mobda 1500-ə yaxın tələbə iştirak edib.
Qeyd edək ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1975-ci ildə İnşaat Mühəndisləri İnstitutu adı altında yaradılıb. 1992-ci ildə institut universitet statusu alıb. 2000-ci il iyun ayının 13-də Ulu Öndər Heydər Əliyevin fərmanı ilə ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılıb.