Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) “Ernst & Young Azerbaijan” (EY) arasında əməkdaşlıq memorandumu imzalanıb.
UNEC rektoru professor Ədalət Muradov və “EY Azerbaijan”ın rəhbəri İlqar Vəliyev arasında imzalanan sənədin məqsədi əməkdaşlığın səmərəliliyini, eləcə də tələbələrin praktiki vərdişlərinin formalaşmasında şirkətin töhfəsini artırmaq olub.
Memorandumda birgə təlim və seminarların təşkili, müvafiq ixtisaslaşma, təkmilləşdirmə və ikinci ixtisas proqramlarının hazırlanması, tələbələrin “EY Azerbaijan”da istehsalat və sahə təcrübəsi keçməsi, tədqiqatlara metodoloji yardım göstərilməsi, birgə biznes layihələrin hazırlanması, sahibkarlıq subyektləri ilə görüşlərin təşkili, maliyyə mənbələri və qeyri-neft sektorları üzrə məlumat mübadiləsi, magistr və fəlsəfə doktoru dissertasiyaları üçün mövzular sifariş etmək və s. istiqamətdə əməkdaşlıq nəzərdə tutulub.