Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

 

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqla görüşüb. Görüşdə ölkələrimiz arasındakı sıx qardaşlıq əlaqələrinə diqqət çəkilərək beynəlxalq təhsil layihələri çərçivəsində birbaşa əməkdaşlıq məsələləri müzakirə olunub.

 

Görüşdə  Ankara Universitetinin sosial elmlər fakültəsinin dekanı professor Orhan Çelik də iştirak edib.