8 mart saat 19:30-da “Yeni çağırışlar” müzakirə proqramında Stenford Universitetinin Yüksək Təhsil Pillələri İnstitutunun dekanı, professor Den Şvaz qonaq olacaq. Dünyaşöhrətli professor ilə “Öyrənməyin əlifbası” barəsində danışılacaq.
Professor Den Şvaz “Öyrənməyin əlifbası: elmi cəhətdən sübut edilmiş 26 yanaşma. Onlar necə işləyir və nə zaman faydalıdır?" adlı bestsellerin həmmüəllifidir.
Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.