Martın 3-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Novruz mühazirələri"nə başlanılıb. 

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilən “Novruz mühazirələri”ndə açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov qonaqları salamlayaraq ilk mühazirənin rəhbərlik etdiyi təhsil müəssisəsində təşkilindən məmnunluğunu ifadə edib.  

 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da öz növbəsində 2016-cı ildən "Novruz mühazirələri"nin keçirildiyini qeyd edib. 

 

Daha sonra professor Ədalət Tahirzadə "Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasəti" mövzusunda mühazirə ilə çıxış edib. 

 


Ədalət Tahirzadə cümhuriyyət dövründə təhsilin milliləşdirilməsi, milli kadr hazırlığı, xaricdə təhsil üçün göndərilən tələbələr və digər məqamlardan danışıb. 

 

Sonda iştirakçıların sualları cavablandırılıb.