Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 11 198 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 741 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 388 vətəndaş müraciət edib.

 

Fevral ayında BŞTİ-yə 1 627 sənəd (vətəndaşlar tərəfindən 405 ərizə, Elm və Təhsil Nazirliyindən 244, digər qurumlardan 251, məktəblərdən 423 məktub və 304 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 442 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, şagird yerdəyişməsi, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edib.