Nizami Kino Mərkəzində Disleksiya Mərkəzinin direktoru Təranə Möhsünovanın müəllifi olduğu “Disleksiya” kitabının təqdimatı və imza günü baş tutub.

 

Tədbirdə “Təhsil” nəşriyyatının direktoru Tural Axundov, “Çinar” yayımlarının rəhbəri naşir Bəhram Oruclu, “Emedia” qrupunun rəhbəri Elşən Əliyev, müxtəlif psixoloji mərkəz rəhbərləri, müəllimlər, psixoloqlar, loqopedlər, valideynlər iştirak ediblər.

 

Kitabın müəllifi  Təranə Möhsünova disleksiya haqqında ümumi məlumat verib və bildirib ki,  kitabdan gələn gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara dəstək üçün AFAD-a göndəriləcək.

 

Çıxış edən qonaqlar kitabın uşaqlar üçün əhəmiyyətindən danışıb və müəllifə uğurlar arzulayıblar.