Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə #QadınGülərsə sosial kampaniyasına start verir.
Kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər.
Elm və Təhsil Nazirliyi hər kəsi bu kampaniyaya qoşulmağa çağırır.
Əziz və dəyərli xanımlarımız, bayramınız mübarək olsun!
#QadınGülərsə, dünya gülər!
#QadınGülərsə, zəkalar işıqlanar!