Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) məzunu olan magistrlərə diplomları təqdim olunub.

 

Mərasimdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli məzunları təbrik edib, magistrlərin Akademiyanın gəncləşməsi prosesinə və elmi məktəblərin davam etdirilməsi ənənəsinə öz töhfələrini verəcəklərinə əminliyini bildirib.

 

Sonra Şamaxı Astrofizika Rəsədxanasının məzunu Aytac İsgəndərova, Genetik Ehtiyatlar İnstitutunun məzunu Rəhim Rəhimov, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun məzunu Şaxanım Bayraməli, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun məzunu Nəzakət Əliyeva çıxış edərək magistratura təhsili zamanı göstərilən diqqətə və qayğıya görə AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri dosent Hüseyn Hüseynov isə çıxışında Akademiyada magistratura təhsili ilə bağlı bir sıra statistik məlumatları diqqətə çatdırıb.

 

Sonda təhsilini başa vurmuş məzunlara magistr diplomları təqdim olunub.