Fevralın 28-də “Heydər Əliyev və hüquqi dövlət” olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Konstitusiya Məhkəməsinin hakimləri Ceyhun Qaracayev və Rövşən İsmayılov, qalib şagirdlər, müəllimlər, həmçinin valideynlər iştirak ediblər.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Konstitusiya Məhkəməsinin təşəbbüsü, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Bakı məktəbliləri arasında keçirilən hüquq olimpiadasının məqsədi şagirdlər arasında hüquqi savadlılığı təbliğ etməkdir.
Bakının 60 ümumi təhsil müəssisəsindən 1200 şagirdi əhatə edən bilik yarışında 154 nəfər qalib olub.
Tədbirin yekununda qaliblərə diplom və hədiyyələr təqdim edilib.