Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində fiziki tərbiyə dərsləri üzrə monitorinqlər keçirilir.

 

Fiziki tərbiyə dərsləri üzrə monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi çərçivəsində görülən işləri qiymətləndirmək, fənnin tədrisində məzmun xətlərinə uyğun dərsin qurulması, fiziki tərbiyə müəllimlərinin tədris resurslarından düzgün istifadə etməsi, dərsi perspektiv planlaşdırmaya uyğun aparması istiqamətində daha da inkişaf etdirmək, fiziki tərbiyə üzrə dərs və məşğələləri təkmilləşdirməkdən ibarətdir. Həmçinin şagirdlərin fiziki tərbiyə fənninə olan marağını və dərsə davamiyyətini artırmaq, normativlərin tədris vahidlərinin əsasında yerinə yetirilməsini yoxlamaq da monitorinqlərin əsas hədəflərindəndir.

 

Monitorinqlər zamanı təhsil müəssisələrində fiziki tərbiyə dərslərinin şagirdlərin sağlamlığının inkişafındakı rolu barədə tövsiyələr verilir, müasir metodlar əsasında dərsin təşkili və digər məsələlərlə bağlı müşahidələr aparılır.

 

Qeyd edək ki, monitorinqlərin Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi çərçivəsində davam etdirilməsi nəzərdə tutulur.