Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 5-ci kurs tələbəsi Əli Əliyev Kanadanın nüfuzlu Toronto Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olunub.

 

O, illik 32 256 Kanada dolları təqaüd qazanaraq Kimya mühəndisliyi və tətbiqi kimya ixtisasında təhsilini davam etdirmək imkanı əldə edib. BANM-ə 2019-cu ildə müsabiqədənkənar qəbul edilən Ə.Əliyev Beynəlxalq Kimya Olimpiadasının qalibi olub.

 

Bu barədə BANM-dən bildirilib.