Fevralın 21-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının İdarə Heyətinin sədri Heydər Eminli Təhsilin İnkişafı Fondunun qonağı olub.
H.Eminli Assosiasiyanın hədəfləri, fəaliyyət istiqamətləri və gələcək layihələri barədə məlumat verib.
Görüş çərçivəsində həmçinin 2 qurum arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.