Ümumi təhsil müəssisələrinin direktorları və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlər davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş təlimlərin növbəti günündə xüsusi halların təsnifatı, xüsusi hallarla bağlı sənədləşmə fəaliyyəti və məlumat mübadiləsi, insan resurslarının idarə olunması və əmək münasibətlərinin tənzimlənməsinə dair məsələlər nəzərə çatdırılıb.
Daha sonra məktəb direktorlarına və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlərə müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, təlimlər digər müvafiq istiqamətlər üzrə davam etdirilir.