Ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlar və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün təlimlərə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş təlimlərin ilk günündə təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması, vahid informasiya mübadiləsinin təmin olunması, məktəbin kommunikasiya üslubu, məktəb rəhbərinin ictimai nüfuzu, media və sosial şəbəkələrlə iş, vətəndaş məmnunluğu, kargüzarlıq, sənədlərlə iş və digər müvafiq mövzularla bağlı əsas istiqamətlərə dair yanaşmalar nəzərə çatdırılıb.
Daha sonra yeni təyin olunmuş məktəb direktorlarına və direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlərə müvafiq məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, təlimlər digər müvafiq istiqamətlər üzrə davam etdirilir.