“Məktəbdə...” layihəsinin növbəti görüşü fevralın 7-də Bakı şəhəri 39 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı ürək-damar cərrahı, professor, Azərbaycan Respublikasının Əməkdar həkimi, Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev olacaq.

 

Görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.