Yanvar ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 912  müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 156 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 2 360 vətəndaş müraciət edib.

 

İlin ilk ayında BŞTİ-yə 1 890 sənəd (vətəndaşlar tərəfindən 556 ərizə, Elm və Təhsil Nazirliyindən 223, digər qurumlardan 241, məktəblərdən 479 məktub və 391 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin ay ərzində 506 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və işə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, informasiya təminatı və digər məsələləri əhatə edib.