Dövlət qulluqçularının 18 faizi 30 yaşdan aşağı gənclərdir. Həmçinin dövlət qulluqçularının 36 faizi 35 yaşdan aşağı gənclərdir.

 

Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, dövlət qulluğu sahəsində aparılan islahatlar 50 faizə qədər insanın 35 yaşdan aşağı olmasına istiqamətlənib. Bununla yanaşı, dövlət qulluğunda yaşlı insanların təcrübəsi də vacibdir. Bu balansı qorumaq lazımdır.

 

Azərtac