Azərbaycan-Fransız Universiteti (UFAZ) Complex Computational Ecosystems (CCE’23) adlı beynəlxalq elmi konfransa ev sahibliyi edəcək. 

 

UFAZ-dan bildirilib ki, aprel ayının 25-27 tarixlərində keçiriləcək Complex Comupational Ecosystems beynəlxalq 3 illik konfrans kimi ilk dəfə ölkəmizdə baş tutacaq. Tədbir ADNSU, Unistra, Complex Systems Digital Campus (CS-DC) Comupational Ecosystems e-Laboratory və UNESCO-nun UniTwin təşkilatı tərəfindən birgə təşkil olunur. 

 

CCE çoxsəviyyəli və çoxmodallı hesablama ekosistemlərinin empirik müşahidələri ilə nəzəri sualları ehtiva edən transdissiplinar problemlərlə məşğul olan alimləri bir yerə toplayacaq.

 

Seçilmiş məqalələr “Springer Lecture Notes in Computer Science” seriyasında dərc olunacaq. Bundan başqa, konfransın Proqram Komitəsi tərəfindən qəbul edilən bütün təqdimatlar Springer tərəfindən Kompüter Elmləri üzrə Mühazirə Qeydləri seriyasında beynəlxalq səviyyədə nəşr olunacaq.