Azərbaycan Texnologiya Universiteti (UTECA) və Belarusun Polotsk Dövlət Universiteti arasında ikili əməkdaşlıqla bağlı görüş keçirilib. Onlayn formatda baş tutan görüşdə hər iki təhsil ocağının rəhbər şəxsləri iştirak ediblər.

 

UTECA-nın rektor əvəzi dosent Yaşar Ömərov və Polotsk Dövlət Universitetinin rektoru Yuriy Romanovskiy rəhbərlik etdikləri ali məktəbin mövcud imkanları barədə məlumatla çıxış ediblər. Daha sonra əsası qoyulmuş əməkdaşlığın reallaşdırılması və genişləndirilməsi imkanları müzakirə olunub, müvafiq təklif və tövsiyələr dinlənilib.

 

Görüşün sonunda universitetlər arasında Əməkdaşlıq Memorandumu imzalanıb.


Qeyd edək ki, Polotsk Dövlət Universiteti Belarusun ən qədim (1581) ali təhsil ocaqlarından biridir.