Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 5 tələbəsi “Davam” Gənclər Hərəkatının “Gənc Liderlər üçün Qış Universiteti”ndə iştirak edəcək.
AzMİU -dan bildirilib ki, “Gənc Liderlər üçün Qış Universiteti”ndə iştirak hüququ qazanan universitet tələbələri Murad Əliyev, Məhəmmədəli İsmayılov, Nigar Həmidova, Mərdan Əsgərov və Ayna Əliyevadır.
Qeyd edək ki, "Gənc Liderlər üçün Qış Universiteti" Azərbaycan Gənclər Fondunun dəstəyi və "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi gənc liderləri bir araya gətirərək onların əlaqələrinin möhkəmləndirilməsi, həmçinin fərdi inkişaflarının gücləndirilməsidir.