İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin 92-ci sessiyası keçirilir.  

 

BMT-nin Uşaq Hüquqları Komitəsinin sözügedən sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti tərəfindən Azərbaycan hökumətinin BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası üzrə beşinci və altıncı birgə dövri məruzəsi təqdim edilib. 

 

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov da Azərbaycan nümayəndə heyətinin tərkibində sessiyada iştirak edir.