Bu Lançjou Universiteti ilə ADNSU arasında sentyabrın 24-də imzalanmış Memorandumda nəzərdə tutulub


Çin Xalq Respublikasının Qansu əyalətində səfərdə olan ADNSU-nun rektoru, professor Mustafa Babanlı sentyabrın 24-də Lançjou Universitetində keçirilən “Ekoloji sivilizasiya – 2018» Forumunda iştirak edib. Bu konfrans ADNSU-nun da üzv olduğu “Bir qurşaq – bir yol” universitetlər birliyinin təşəbbüsü ilə təşkil olunub.

 

Həmin gün bu ali məktəbin rektoru, Çin Elmlər Akademiyasının həqiqi üzvü, “Bir qurşaq – bir yol” universitetlər birliyinin sədri, professor Yan Çunhua və professor Mustafa Babanlı universitetlərarası əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Sənəddə Çin Xalq Respublikasında ilk dəfə olaraq Lançjou Universitetində Azərbaycan Araşdırmalar Mərkəzinin yaradılması nəzərdə tutulub.