Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (ETN) ilə birgə 2 dekabr 2022-ci il tarixində “Məktəbəqədər təhsil: çətinliklər, perspektivlər” mövzusunda tədbir keçirmişdir.

 

Tədbirdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Regional təhsil idarələri və onların tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak etmişlər.

 

Açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov tədbirin bu günümüz üçün vacibliyini, əhəmiyyətini vurğulamışdır. Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, ARTİ-nin direktor müavini Ülkər Babayeva çıxış edərək məktəbəqədər təhsildə aparılan islahatlar, günümüzün reallıqları, bu sahədə qarşıya çıxan çətinliklərdən danışmışlar.

 

Tədbir ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərovanın “Məktəbəqədər təhsilin dünəni, bu günü və sabahı”, ETN-nin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun məsləhətçisi Aydan Əzimzadənin “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq formaları” və təhsilin idarəedilməsi üzrə mütəxəssis Rasif Dünyamalıyevin “Uşaq mərkəzli idarəetmə” mövzularında təqdimatları ilə davam etmişdir. Yekunda tədbirin mövzusu üzrə ümumi müzakirə keçirilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmış, təkliflər dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.