ABŞ-ın Oklahoma Universitetinin professoru Xingru Vu təlim məqsədilə Bakı Ali Neft Məktəbində (BANM) olub. Ali məktəb barədə təəssüratlarını bölüşən alim BANM-ın təhsil şəraitini yüksək qiymətləndirib.
“Burada həm ölkənin müxtəlif regionlarından, həm də xaricdən tələbələr təhsil alırlar. Bu ali məktəbin tələbələri çox çalışqan və yüksək istedada malik tələbələrdir”-deyə professor Xingru Vu bildirib.
O, Bakı haqqında da düşüncələrini bölüşüb:”Bakı sürətlə inkişaf edən şəhərdir. Bakıya gələndə Dənizkənarı parkda gəzməyi çox xoşlayıram. İçərişəhər də mənim sevimli məkanımdır.Buranın insanları çox qonaqpərvərdir və dostca davranırlar. Bunlar məni çox təsirləndirir”.